25 may 2023 16:35
213

Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə Şəmkirin R.Əliyev adına Yenibad kənd tam orta məktəbində tədbir keçirilib FOTO

“Heydər Əliyev İli” çərçivəsində Ulu öndər Heydər Əliyevin 100 illik yubleyi münasibəti ilə Şəmkir rayonu Yeniabad kənd tam orta məktəbdə tədbir keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbirdə R.Əliyev adına Yenibad kənd tam orta məktəbin direktoru Elza Hüseynova, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, kənd ziyalıları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbir İlk öncə Dövlət Himni səsləndirilməklə açıq elan olunub sonara müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Şəmkir rayonu Yeniabad kənd tam orta məktəbin direktoru Elza Hüseynova çıxış edərək bildirdi ki, Ümummilli lider ən mümkünsüz anlarda və bütün təzyiqlərə rəğmən milli təfəkkürün formalaşmasına xidmət edib.

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin təhsil sferasında gördüyü işlər barədə məlumat verib, keçirilən təhsil islahatının əhəmiyyəti danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin dövründə qoyulan təhsil strategiyası Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə çıxış edən digər natiqlər çıxış edərək bildirdilər ki, Heydər Əliyev həm də, Özündən sonra xalqına Müzəffər xalq kimi yaşamağın, bir yumruğun ətrafında birləşməyin, işğaldan xilas olub, torpaqlarını işğaldan azad etməyin yollarını öyrətdi. Heydər Əliyev özündən sonra həm lider yaradan, həm də xalqına o liderin ətrafında bütövləşməyin yollarını öyrədən dühadır.

Daha sonra məktəblilərin ifasında Ümummilli Lider Heydər Əliyevə, vətənpərvərlik mövzusuna həsr olunmuş şeirləri səsləndirilib, mahnılar ifa olunub, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.