26 may 2023 16:26
543

Pirallahı rayonunda Müstəqillik Günü ilə bağlı silsilə tədbirlər keçirilib FOTO

24-26 may tarixlərində YAP Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə Pirallahı qəsəbəsi Y.Əliyev küçəsi  38, Pirallahı qəsəbəsi S.Bağırov küçəsi  5 və Gürgən qəsəbəsi, İlqar Məcidov küçəsi  41 ünvanında yerləşən ərazi partiya təşkilatlarında 28 May – Müstəqillik Günü münasibətilə  silsilə tədbirlər keçirilmişdir. Keçirilən  tədbirlərdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, ərazi partiya təşkilat sədrləri, şəhid ailələri və vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirlərdə çıxış YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov bildirib ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizdə öz önəmi və dəyəri, böyük tarixi əhəmiyyəti olan hadisədir. Cəmi  23 ay yaşamasına baxmayaraq həyata keçirdiyi tədbirlər xalqına, millətinə, onun beynəlxalq səviyyədə tanınmasına, müstəqil  demokratik dövlət kimi fəaliyyət göstərməsinə tutarlı bir tarixi faktdır. Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi bütün sahələrdə - xarici siyasət, beynalxalq münasibətlər, daxili siyasət, milli təhlükəsizlik, sosial-iqtisadi, təhsil, səhiyyə, elm və s. sahələrdə dayanıqlı dövlət kimi fəaliyyət göstərməkdədir. Natiq həmçinin qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin məqsədyönlü siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2018-ci il ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyəti İli elan olunmuş və Azərbaycan Xalq Cumhuriyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. 44 günlük Vətən müharbəsində əldə etdiyimiz tarixi Zəfərin Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlı olduğunu qeyd edən natiq Ümummilli lider Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir” ifadəsi ilə çıxışını yekunlaşdırmışdır.

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov çıxış edərək Azərbaycan Xalq Cumhuriyyətinin fəaliyyətindən, o cümlədən, dövlət və ordu quruculuğundan, aparılan sosial, siyasi və təhsil islahatlarından danışaraq bildirmişdir ki, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar edildi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Bütün mənalı həyatını öz xalqına bəxş edən Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf edir. Natiq, bu gün xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda əsl qəhrəmanlıq və dəyanət nümayiş etdirdiyini vurğuladı.

Həmçinin tədbirlərdə iştirak edən ərazi partiya təşkilat sədrləri öz çıxışları zamanı vurğuladılar ki, müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi bütün sahələrdə - xarici siyasət, beynalxalq münasibətlər, daxili siyasət, milli təhlükəsizlik, sosial-iqtisadi, enerji, təhsil, səhiyyə, elm və s. sahələrdə dayanıqlı dövlət kimi fəaliyyət göstərməkdədir. Azərbaycanın dövlətçilik ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindəndir.

Silsilə tədbirlərdə rayonda fəaliyyət göstərən uşaq müəssisələrinin və ümumtəhsil məktəblərin kollektivlərinin vətənə, şəhidlərimizə həsr olunmuş kompozisiyaları təqdim edilmişdir.