26 may 2023 16:59
439

Ağdaşda “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir kçirilib - FOTO

Yeni Azərbaycan Partiyası Ağdaşrayon təşkilatı Ağdaş şəhər ərazi partiya təşkilatında “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir kçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə dövlət himni səsləndirilib və Azərbaycanın müstəqillik tarixindən bəhs edən video-çarx nümayiş etdilib.

Partiya fəallarından ixtisaca tarixçi Anar İbrahimli və Şamil Abdullayev Azərbaycan Xalq Cümhiriyyətinin yaranmasından, mövcud olduğu 23 ay ərzində görülmüş böyük işlərdən bəhs ediblər.

Tədbirin keçirildiyi Ağdaş Texniki, Təbiət və Humanitar Təmayüllü Gimnaziyanın şagirdlərinin ifasında vətənpərvəlik mövzusunda şeirlər səsləndirilib.

Sonda çıxış edən Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının əməkdaşı Anar Şahmuradov Azərbaycan xalqının bir əsrdə iki dəfə müstəqillik əldə etdiyini və Ulu Öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı olduğunu qeyd edib. Dahi şəxsiyyət Heydər Əliyevin müstəqil Azərbaycan naminə gördüyü misilsiz işləri xatırladan Anar Şahmuradov  Ulu Öndərin mövcud siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildirib.