31 may 2023 13:25
434

"Avtomobil Yolları" Məqsədli Büdcə Fonduna ayırmalar 4 % artırılır

Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən "Avtomobil Yolları" Məqsədli Büdcə Fonduna ayırmalar 13,6 milyon manat və yaxud 3,9 % artırılır.

“İki sahil” xəbər verir ki, bu, “2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, Fondun büdcəsinin 363,02 milyon manata çatdırılması nəzərdə tutulub.