Cəlilabadda yeniyetmə itkin düşüb.
“İki sahil” xəbər verir ki, Cəlilabad rayon sakini, 2009-cu il təvəllüdlü Pünhan Ceyhun oğlu Quliyev dünən təhsil aldığı məktəbdən çıxandan sonra, saat 12 radələrində Cəlilabad rayonunu tərk edib.
P.Quliyevin maşınla Lənkəranın "Ləvəngi" dairəsi ərazisinə getdiyi, parkda dönər, su aldığı bildirilir.
Evdən çıxarkən əynində ağ köynək və əlində əl çantası olub.
Faktla bağlı polisə müraciət olunub.