23 iyul 2026 08:14
95

FHN: Ağdamda baş verən yanğın söndürülüb

Ağdam rayonunun Sarıcalı kəndində açıq ərazidə baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

“İki sahil” xəbər verir ki, FHN-dən bildirilib ki, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində alovun genişlənərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb.