Qasırğa Ağdam Rayonunun Əfətli, Qaradağlı və Çəmənli kəndlərində də fəsadlar törədib .
“İki sahil” xəbər verir ki, təbiət hadisəsi Çəmənli kənd sakini Quliyev Arzuman Allahverən oglu,
Həsənxanlı kənd sakini Hüseyinov Nayiq Rəhim oğlu və Qaradağlı kənd sakini Qasımov Fəqan İsmixan oğlunun fərdi təsərrüfatına ziyan vurub.
Hazırda rayonun bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb. (APA)