01 iyun 2023 08:51
343

Azərbaycan və BƏƏ arasında yeni investisiya imkanları müzakirə olunub

Azərbaycan energetika naziri Pərviz Şahbazov və BƏƏ-nin “Mubadala Energy” şirkətinin İdarə Heyətinin sədri Musabbeh Al Kaabi görüşüb.

"İki sahil"in məlumatına görə, bu barədə energetika naziri Pərviz Şahbazov tvitter hesabında qeyd edib. "BƏƏ-nin “Mubadala Energy” şirkətinin İdarə Heyətinin sədri Musabbeh Al Kaabi ilə Masdar və ADNOC vasitəsilə enerji tərəfdaşlığımızının möhkəmləndirilməsi, yeni investisiya imkanlarına dair səmərəli müzakirələrimiz oldu", - nazir yazıb.