01 iyun 2023 10:22
433

Gəncədə sərnişinləri hava limanına aparan mikroavtobus qəzaya düşüb

Gəncə şəhərində sərnişinləri hava limanına aparan mikroavtobus qəzaya düşüb.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xatai prospektində qeydə alınıb.

"Mercedes Vito" markalı mikroavrobus "QAZ-31" markalı avtomobillə toqquşub. İdarəetmədən çıxan "Mercedes Vito" yaxınlıqdakı dairənin beton maneəsinə çırpılıb.

Qəza nəticəsində mikroavtobusda olan qadın sərnişin xəsarət alıb. O, xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.