01 iyun 2023 10:28
340

Çexiyalı nazir: Azərbaycan yeni Avropa enerji təhlükəsizliyində mühüm rol oynayacaq

Azərbaycan yeni Avropa enerji təhlükəsizliyində mühüm rol oynayacaq.

“İki sahil” xəbər verir ki, bunu Çexiyanın ticarət və sənaye naziri Jozef Sikela Bakı Enerji Forumunda bildirib.

Onun sözlərinə görə, Azərbaycan enerji məsələlərində kifayət qədər uğurludur və bundan yaxşı istifadə edəcək: "Azərbaycanın enerji resursları öz sözünü deyəcək".

Nazir vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi qlobal enerji bazarını tamamilə dəyişib.