01 iyun 2023 12:07
291

Moldovanın enerji naziri: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin güclənməsi baxımından strateji rola malikdi

Azərbaycan və Rumıniya regionun, Avropanın enerji təhlükəsizliyinin güclənməsi baxımından strateji rola malikdir.

“İki sahil” xəbər verir ki, bunu Moldovanın enerji naziri Konstantin Borosan "28-ci Bakı Enerji Forumu"nda çıxışı zamanı bildirib.

"Rumıniya ilə Azərbaycan arasında güclü qarşılıqlı əlaqələr mövcuddur. Bu, bir daha göstərir ki, Moldova da enerji təhlükəsizliyi baxımından faydalanacaq", - deyə moldovalı nazir əlavə edib.