01 iyun 2023 14:23
432

Naxçıvanda 5-ci sinif şagirdi Sevgi Abdullazadənin əl işlərinin sərgisi təşkil olunub - FOTO

Naxçıvan şəhər 14 nömrəli məktəbin 5-ci sinif şagirdi Sevgi Abdullazadənin “Heydər Əliyevin 100 illik yubileyi” münasibətilə əl işlərinin sərgisi təşkil olunub.

“İki sahil” xəbər verir ki, tədbir Naxçıvan Dövlət Universitetinin “Texnologiya mərkəzi” və Təhsil şöbəsi ilə birgə keçirilib.

Sərgidə xalçaçılıq, toxuculuq, tikiş, dekorativ tətbiqi sənət və müxtəlif sahələr üzrə 200-dən çox əl işi sərgilənib.

Tədbir Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin sərgiyə baxışı ilə açıq elan edilib.

Bədii hissədə Sevgi Abdullazadə 5 rəqs nömrəsi ilə çıxış edib və Sevgi Abdullazadəyə həsr olunmuş slayd nümunələri göstərilib.

Sonda təhsil naziri Rəhman Məmmədov və Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsinin dekanı Vəli Əliyev Sevgi Abdullazadəni diplom və hədiyyələrlə təltif ediblər.

Bədii hissə Sevgi Abdullazadənin çıxışı ilə sona çatıb.