01 iyun 2023 15:59
603

Uşaq hüquqları FOTO

 “Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) ictimai birliyi və Azərbaycan İncəsənət Məktəbinin birgə təşəbbüsü ilə  1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş seminar təşkil olunub.

“İki sahil” xəbər verir ki,  seminarın məqsədi 6-10 yaşlı uşaqlar arasında “Uşaq hüquqları” haqqında məlumatlılığın artırılmasından ibarət olub. Seminar uşaqların maraqları əsasında praktiki oyun və tapşırıqlar ilə interaktiv təlim metodlarına uyğun hazırlanıb.

Qeyri-formal təhsil yanaşmalarına əsaslanan seminarı Avropa Şurası Gənclər Departamentinin və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə icra etdiyi “Azərbaycanda gənclərlə işləyən Təlimçilər üçün uzunmüddətli Təlim (TRAYAZE)”də təmsil olunan təlimçilər-Mir Hüseyn Həbibli, Mələk Sultanlı və Fərhad Abdulov keçiblər. Seminarın sonunda iştirakçılar sertifikatla təltif olunub, xatirə şəkli çəkdirilib.