01 iyun 2023 19:31
491

Deputat və icra başçısı şəhid və qazi övladlarını təbrik edib FOTO

Millət vəkili Anar Məmmədov və Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə şəhid və qazi ailələrinin övladlarını təbrik edib.

“İki sahil” xəbər verir ki,  görüşdə millət vəkili Anar Məmmədov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayon ağsaqqalları və ziyalıları, şəhid və qazi ailələri və  onların övladları iştirak ediblər.

İştirakçılar uşaqları bayram münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdıraraq ölkəmizdə uşaqlara dövlət qayğısının artırılması sahəsində, eləcə də onların sosial və hüquqi müdafiəsi ilə bağlı mühüm qərarların  qəbul  edildiyini qeyd ediblər.

Şəhid və qazi ailələri onlara və övladlarına möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın  göstərdikləri qayğıdan danışaraq minnətdralıqlarını bildiriblər.