02 iyun 2023 12:21
310

TRACECA çərçivəsində vahid icazənin verilməsi üzərində işləməliyik- Baş katib

"Qlobal yük daşıyıcıları xeyli sayda sənəd almalı olurlar. TRACECA çərçivəsində vahid icazənin verilməsi üzərində işləməliyik"

“İki sahil” xəbər verir ki, bunu TRACECA dəhlizinin baş katibi Asset Assavbayev Bakıda keçirilən I Beynəlxalq Nəqliyyat və Logistika Forumunda bildirib.

Onun sözlərinə görə, qaydaların sadələşdirilməsi, gömrük prosedurlarının, peşəkar sürücülər üçün vizasız keçidin və digər xidmətlərin rəqəmsallaşması üzərində ciddi iş aparılır.