02 iyun 2023 16:34
352

Ötən il Xəzər dənizi üzərindən 1,5 milyon ton yük daşınıb

2022-ci ildə Xəzər dənizi üzərindən 1,5 milyon ton yük daşınıb.

“İki sahil” xəbər verir ki, bunu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TITR) baş katibi Qaydar Abdikerimov deyib.
Onun sözlərinə bu daşımalar Qazaxıstan- Azərbaycan marşrutu üzrə Aktau, Kurık, Ələt və Hövsan limanları vasitəsilə həyata keçirilib.
"Bu marşrut üzrə daşımalar 8 dəfə artıb"- baş katib əlavə edib.