İşlənmənin əvvəlindən Azərbaycan üzrə istismarda olmuş yataqlardan 01.01.2023-ci il tarixinə olan məlumata görə 2,2 mlrd. ton neft hasil olunub.
“İki sahil” xəbər verir ki, hesabat dövründə respublikada 992 mlrd. kubmetr qaz hasil edilib.
Qeyd olunur ki, 01.01.2023 il tarixinə gedər Azərbaycan ərazisində 81 neft-qaz yatağı aşkar olunub. Hazırda ölkədə 58 yataqdan karbohidrogen hasil edilir, bunların 39-u quruda, 19-u isə dəniz ərazisində yerləşir.