Məşhur ispaniyalı hakim Mateu Lahoz karyerasını başa vurub.

“İki sahil” xəbər verir ki, o, ötən gecə sonuncu dəfə La Liqada oyun idarə edib.
Lahoz “Malyorka” – “Rayo Valyekano” görüşündə sonuncu dəfə fit çalıb.
Qeyd edək ki, Mateu Lahoz 15 mövsüm İspaniya La Liqasında hakimlik edib. O, həmçinin avrokuboklarda da bir çox oyunların fit sahibi olub.