05 iyun 2023 18:30
493

Azərbaycanın AÇG və "Şahdəniz" üzrə gəlirləri açıqlanıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin ilk 5 ayı ərzində Azəri-Çıraq-Günəşli və “Şahdəniz” üzrə gəlirlərini açıqlayıb.

“İki sahil” ARDNF-dən verilən məlumata istinadən xəbər verir ki, AÇG yatağından - bu ilin əvvəlindən iyun ayının 1-i tarixinə 3 013 mln. ABŞ dolları, “Şahdəniz” yatağından (qaz və kondensat) isə ilin əvvəlindən 1 iyun tarixinə 935,754 mln. ABŞ dolları gəlir əldə edilib.

O cümlədən, “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 197,763 mln. ABŞ dolları təşkil edib.