06 iyun 2023 10:40
300

Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşınmaları 51% artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşınmalarından əldə olunan gəlir 62 907,5 min manat təşkil edib, bu da illik müqayisədə 50,9% çoxdur.

Dövlət Statistika Komitəsindən “İki sahil"ə verilən məlumata görə, ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 41 685,6 min manat səviyyəsində olub.

Məlumata görə, hesabat dövründə dəniz nəqliyyatı ilə sərnişin daşınmalarında əldə olunan gəlir 1 042,9 min manat olub, bu da 7,5% azalma deməkdir.

Qeyd etmək lazımdır ki, 2022-ci ilin müvafiq dövründə qeyd olunan nəqliyyat növü ilə sərnişin daşınmalarında əldə olunan gəlir 1 127,3 min manat olub.

Xatırladaq ki, hesabat dövründə Azərbaycanda dəniz nəqliyyatı ilə 1 824,3 min ton yük və 4,7 min sərnişin daşınıb ki, bu da illik müqayisədə müvafiq olaraq 28% və 80,8% çoxdur.