Bu gün Azərbaycanda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altıında uğurlu və nümunəvi enerji siyasəti həyata keçirilir. Azərbaycan digər sahələrdə olduğu kimi enerji sahəsində də öz üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və planlaşdırılan qaydada icra edərək özünü dünya miqyasında etibarlı tərəfdaş kimi tanıtmışdır. Bununda nəticəsi olaraq ölkəmiz tərəfindən böyük enerji layihələri icra olunur, dünyanın tanınmış enerji şirkətləri ilə müqavilələr bağlanır və Azərbaycan bir sıra dünyamiqyaslı enerji tədbirlərinə ev sahibliyi edir. Ötən həftə Azərbaycan növbəti mötəbər beynəlxalq tədbirə - Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – Caspian Oil&Gas və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – Caspian Power sərgilərinə ev sahibliyi etdi. Bu cür qlobal əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsi bir daha göstərir ki, Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rola malikdir.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev açılış mərasimində iştirak və çıxış etdi. Dövlətimizin başçısı çıxışında “Əsrin müqaviləsi” haqqında danışaraq bildirdi ki, “Əsrin müqaviləsi”-nin imzalanması ölkəmizdə vəziyyəti təmamilə dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu. Qeyd etmək yerinə düşərdi ki, həmin dövrlərdə Azərbaycanda hər bir sahədə böhran hökm sürürdü. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Azərbaycan xalqının Ümumilli Lideri, xilaskarı Heydər Əliyevin gərgin əməyi, uzaqgörən siyasəti nəticəsində 1994-cü ildə Birinci Qarabağ müharibəsində atəşkəs imzalandı və ondan bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalandı. Bununla da ölkəmiz üzərindən qara buludlar çəkildi, Azərbaycanın sürətli inkşaf dövrü başladı. Ulu Öndərimiz Heydər Əliyevin müdrik siyasətini layiqincə davam etdirən Möhtərəm prezidentimiz cənab İlham Əliyev hər bir sahədə olduğu kimi enerji sahəsində də bu siyasəti uğurla davam və inkşaf etdirmişdir.
Daha sonra Azərbaycan lideri Bakı Enerji Həftəsinin, enerji sahəsində aparıcı beynəlxalq tədbir olduğunu bildirərək ABŞ Prezidenti Co Baydenin və Böyük Britaniyanın Baş naziri Sunakın tədbirə öz məktublarını ünvanladıqlarını vurğuladı. Tədbirin beynəlxalq əhəmiyyəti Azərbaycanın dünya miqyasında artan nüfuzundan və etibarlı tərəfdaş olmasından xəbər verir.
Çıxışında ölkəmizdə həyata keçirilən uğurlu enerji siyasəti haqqında bəhs edən cənab Prezidentimiz Azərbaycanın nəhəng enerji infrastrukturu yaratdığını və Avrasiyanın enerji xəritəsini dəyişdirdiyini diqqətə çatdırdı. Eyni zamanda enerji sahəsindəki perspektiv planlar haqqında bəhs edən cənab İlham Əliyev dünyada Azərbaycan qazına ehtiyacın artmaqda olduğunu bildirdi: “Təqdirəlayiq hal olaraq qeyd etmək lazımdır ki, cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji siyasətinin nəticəsidir ki, bu gün dünya dövlətlərinin enerjiyə olan təlabatının artmasına paralel olaraq ölkəmizin dünyanın enerji təhlükəsizliyi sahəsindəki rolu və əhəmiyyəti də artmaqdadır.”