07 iyun 2023 09:57
318

Dünya bazarlarında neft ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin avqust müqaviləsinin dəyəri 0.50% azalaraq, 1 barelə görə 75.91 dollar təşkil edib.

“İki sahil” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyul ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0.52% azalaraq, 71.37 dollara bərabər olub.