07 iyun 2023 12:45
407

BSU-nun iki fakültəsinə dekanlar seçilib

Bakı Slavyan Universitetinin (BSU) iki fakültəsinə dekanlar seçilib.

“İki sahil” xəbər verir ki, universitetin Tərcümə və Xarici dil müəllimliyi fakültələrinə dekan vəzifəsinə seçki keçirilib.

Seçki nəticəsində filologiya elmləri namizədi, dosent Hacıyev Kamran Əliverdi oğlu Tərcümə fakültəsinə, filologiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəmova-Ağayeva Güney Asif qızı isə Xarici dil müəllimliyi fakültəsinə dekan seçilib.