07 iyun 2023 15:09
389

Azərbaycana idxal olunan smartfonların sayı açıqlanıb

2023-cü ilin yanvar-mart aylarında Azərbaycana 74 milyon 63.55 min dollar dəyərində 261 min 918 ədəd smartfon idxal edilib.

Bu barədə “İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, Azərbaycana idxal olunan smartfonların 168 min 735 ədədi (64.4%-i) Çindən, 25 min 680 ədədi (9.8%-i) Hindistandan, 67 min 207 ədədi (25.7%) isə Vyetnamdan idxal edilib.