07 iyun 2023 16:22
289

Energetika naziri Astana Beynəlxalq Forumunda iştirak edəcək

Energetika naziri Pərviz Şahbazov Qazaxıstana səfər edib.

“İki sahil” nazirliyə istinadən xəbər verir ki, nazir 8-9 iyun tarixlərində Astana şəhərində keçiriləcək Astana Beynəlxalq Forumunda iştirak edəcək.

Forum çərçivəsində P.Şahbazovun “Bərpa olunan enerji sahəsində regional inkişaf: enerji təhlükəsizliyinin təmin olunmasının alternativ yolları” mövzusunda panel müzakirələrdə iştirakı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.