Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş uşaq yaradıcılıq festivalı keçirilir
Babək rayonunun mərkəzi meydanında Babək Rayon İcra Hakimiyyəti, rayon Mədəniyyət İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirilir.
“İki sahil” xəbər verir ki, üç gün davam edəcək festivalda Babək Rayon Mədəniyyət İdarəsi, musiqi məktəbləri, rayonun ümumtəhsil məktəbləri, mədəniyyət evlərinin dərnək üvzləri, Uşaq Bağçası və Uşaq Gənclər və İdman Məktəbinin kollektivləri iştirak edəcəkdir. Növbəti günlərdə festivalda Mədəniyyət evlərinin rəqs dərnəklərinin rəqs nümunələri və məktəblilərin bədii qiraətləri olacaq.
Festivalda rayonun musiqi məktəblərinin kollektivi konsert proqramı ilə çıxış edib. Sonra festivala çıxarılan sağlamlıq imkanları məhdud uşaqların və məktəbdənkənar dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Qeyd edək ki, 70 şəkil, 80 toxuculuq STEAM təhsili ilə robototexnika, 3D modelləşdirmə və çap, proqramlaşdırma, mühəndislik və dizaynerlik üzrə bilik və bacarıq qazanan uşaqların 90-a yaxın hazırladıqları müxtəlif layihə nümunələri sərgilənib.
Xüsusi olaraq qeyd edim ki, festivala Culfa Rayon Mədəniyyət Sarayının direktoru olaraq məndə dəvət olunmuşdum. Bir neçə saat iştirak etdiyim festivalda xoş aura verən musiqi nümunələri, uşaqların hazırladıqları əl işləri və STEAM layihələri mənim diqqətimi çox çəkdi. Həmçinin ilk dəfə qonağı olduğum Babək rayonunun sakinlərinin mehriban, səmimi münasibəti ilə də çox şad oldum. Və beləcə iki saat sonra “yolçu yolunda deyib” qayıtdığım iş otağımda Babək rayonu haqqında olan təəssüratlarımı oxucularımla paylaşmalıyam deyə düşündüm.
Səriyyə Salahova,
Culfa Rayon Mədəniyyət Sarayının direktoru