07 iyun 2023 21:51
612

Göytəpə şəhərində təbii qazın verilişi bərpa olunub

Cəlilabad rayonunun Göytəpə şəhərində təbii qazın verilməsində məhdudiyyət aradan qalxıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Report"un yerli bürosuna rayon sakinləri məlumat verilib.

Qeyd edək ki, Göytəpə şəhərində 1 300 abonenti təbii qazla təmin edən mövcud qaz tənzimləyici boru xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar bu gün saat 09:00 radələrindən təbii qazın verilişi dayandırılmışdı.