08 iyun 2023 16:07
403

Azərbaycanın xarici dövlətlərlə xidmət dövriyyəsi 3.3 milyard dollar təşkil edib

2023-cü ilin I rübü üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 3.3 mlrd. dollar təşkil edib. Bunun 2 mlrd. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 1.3 mlrd. dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.

Bu barədə “İki sahil” Azərbaycan Mərkəzi Banka istinadən xəbər verir.

Qeyd edək ki, ümumilikdə, xidmətlər balansında yaranan kəsir 9.4% artaraq 0.7 mlrd.$ olmuşdur. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 508.6 mln.$ (6.6% artım) olmuşdur. Qeyri-neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 178.2 mln.$ (18.6% artım) olub.