08 iyun 2023 16:22
430

Azərbaycanın xalis maliyyə aktivləri 1.1 milyard dollar azalıb

2023-cü ilin I rübü üzrə ölkənin xalis maliyyə aktivləri 1.1 mlrd. dollar azalıb. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (58.6 mln. dollar), portfel investisiyaları (-452.7 mln. dollar) və digər investisiyalar (-724.2 mln. dollar) hesabına formalaşıb.

Bu barədə “İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edək ki, Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 184.3 mln. dollar artmışdır ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (- 606.6 mln.dollar), neft bonusu (450.2 mln. dollar), portfel investisiyaları (-590.2 mln. dollar) və digər investisiyalar (930.9 mln. dollar) hesabına formalaşıb.