08 iyun 2023 18:24
668

Amrabat “Barselona”da oynamaq istəyir - FOTO

“Fiorentina”nın futbolçusu Sofian Amrabatın keçmək istədiyi komanda bəlli olub.

“İki sahil” xəbər verir ki, bunu mərakeşli yarımmüdafiəçinin qardaşı Nordin Amrabat açıqlayıb.

Yunanıstanda AEK-in formasını geyinən hücumçu Sofianın “Vest Hem”ə keçidi barədə xəbərlərə münasibət bildirib: “Onun arzusu “Barselona”da oynamaqdır. Amma onların maliyyə durumu bəllidir. Sofian digər klubların da maraq dairəsindədir”.

Qeyd edək ki, yarımmüdafiəçi 2020-ci ilin yayından İtaliya klubunda forma geyinir. Onun müqaviləsi 2023/24 mövsümünün sonunda başa çatacaq.