09 iyun 2023 09:21
450

Təbii qazın qiyməti azalıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

“İki sahil” xəbər verir ki,  iyulda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,13% azalaraq, 2,314 dolları təşkil edib.