Balıqçılığın inkişafı üçün güzəştli kredit ayrılıb.
“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib. Nazir bildirib ki, sahibkarların güzəştli maliyyə mexanizmlərindən yararlanması çərçivəsində biznes təmsilçisi Amil Hüseynova balıqçılığın inkişafı layihəsi üçün Sahibkarlığın İnkişafı Fondu tərəfindən 150 min manat güzəştli kredit verilib.