12 iyun 2023 15:46
331

Avropada qaz qiymətləri 7 faizdən çox ucuzlaşıb

Bu gün Avropada qazın birja qiymətləri hərracda 7 faizdən çox ucuzlaşıb.

“İki sahil”in məlumatına görə, bunu London ICE birjasının məlumatları göstərir.

TTF indeksi (Niderlandda yerləşən Avropanın ən böyük mərkəzi) üzrə iyul (ən yaxın) füçersləri ticarəti min kubmetr üçün 366,3 ABŞ dolları (+2,3%) səviyyəsində açıb. Daha sonra o, 331,5 dollara (-7,4%) düşüb.

Kotirovkaların dinamikası əvvəlki ticarət gününün hesablaşma qiymətinə - 357,9 dollar/min kubmetrə əsaslanır.