12 iyun 2023 16:13
511

"İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemi”nə ilk inteqrasiya yekunlaşıb

Azərbaycanda "İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemi”nə (İESD) ilk inteqrasiya uğurla yekunlaşıb.

“İki sahil” xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mətbuat xidmətinin rəhbəri Saida Əhmədova bildirib.

Onun sözlərinə görə, hazırda bu sistemdən 24 dövlət qurumu istifadə edir.

Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov isə bidirib ki, sözügedən rəqəmin artacağı gözlənilir: “Hazırda Prezidentin xüsusi nümayəndəliklərinin, Naxçıvan MR -nın və ümumilikdə Azərbaycanın xaricdəki nümayəndəliklərinin Xarici İşlər Nazirliyi vasitəsi ilə qoşulması gözlənir”.

"Hazırda 147 dövlət qurumu “Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi Sistemi”nə qoşulub ki, onlardan da 24-ü İESD-ə uğurla inteqrasiya edilib", - deyə T.Məmmədov qeyd edib.