13 iyun 2023 14:57
814

Quba gəncləri üçün liderlik proqramı çərçivəsində təlimlər yekunlaşıb FOTO

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “Şəbəkə” proqramı çərçivəsində “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Quba gənclərinin liderlik proqramı” layihəsi yekunlaşıb.

“İki sahil” xəbər verir ki,  “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudovun verdiyi məlumata görə layihənin həyata keçirilməsində əsas məqsəd regionun kənd ərazilərində yaşayan yeniyetmə və gənclərinin yumşaq bacarıqlarının inkişaf etdirilməsinə, liderlik potensiallarının artırılmasına dəstək verməkdən ibrət olub.

Layihə çərçivəsində Quba rayonunun Zərdabi qəsəbəsində və Küpçal kəndində yaşayan 14-17 yaşlı hər birində 20 nəfər olmaqla ümumilikdə 40 nəfər yeniyetmə və gəncin yumşaq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təlimçi Fəxri Məhəmmədzadənin iştirakı ilə kommunikasiya və əməkdaşlıq, liderlik və komanda işi, emosional zəka, empatiya, özünü ifadə etmək və təqdimat bacarıqları mövzularında 2 günlük təlimlər keçirilib.