13 iyun 2023 17:04
306

Bu il BTC ilə neftin nəqli 5%-dən çox artıb

Bu ilin yanvar-may aylarında magistral neft kəmərləri ilə 16 261,3 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 10,1% çoxdur.

“İki sahil” Dövlət Statistika Komitəsindən verilən məlumata istinadən xəbər verir ki, nəqletmənin 76,5 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-may ayları ərzində bu kəmər vasitəsilə 12 434,6 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 5,55% çoxdur.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 84,3%-i və ya 10 486,1 min tonunu Azərbaycanda hasil edilən neft, 15,7%-i və ya 1 948,5 min tonunu (3,06% azalma) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.