13 iyun 2023 17:28
340

Azərbaycanın neft-qaz sektoruna sərmayələr 22%-dən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın neft-qaz sektoruna 2 213 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 22,3% çoxdur.

“İki sahil” Dövlət Statistika Komitəsindən verilən məlumata istiandən xəbət verir ki, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 1 810 mln. manat səviyyəsində olub.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 400,4 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 6,3% azdır.