13 iyun 2023 17:40
303

Maliyyə Nazirliyi: "Standard and Poor’s" Azərbaycana qarşı xəsislik edir

Maliyyə Nazirliyi "Standard and Poor’s" ("S&P") beynəlxalq kredit reytinq agentliyinin dərc etdiyi hesabatda ölkənin reytinqi üzrə proqnoz göstəricinin belə “sabit”dən “müsbət”ə dəyişdirilməməsini böyük təəccüblə qarşılayır.

“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.

"Agentlik ölkəmizin reytinqləri məsələsinə xəsislik nümayiş etdirir", - deyə qurum bəyan edib.

Xatırladaq ki, "S&P" Azərbaycanın suveren reytinqini “BB+/B” səviyyəsində təsdiqləyib.