14 iyun 2023 10:01
289

Təbii qazın qiyməti cüzi azalıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

“İki sahil” xəbər verir ki,  iyulda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1.37% azalaraq, 2.31 dollar təşkil edib.