14 iyun 2023 11:09
292

AMB maliyyə bazarında kibertəhlükəsizliklə bağlı vəziyyəti qiymətləndirib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Maliyyə bazarlarında kibertəhlükəsizlik Strategiyası”nı qəbul etməzdən əvvəl maliyyə bazarında kibertəhlükəsizliyə dair vəziyyəti qiymətləndirib.

“İki sahil” xəbər verir ki, bunu AMB-nin informasiya və kibertəhlükəsizlik şöbəsinin müdiri Elvin Şahverdiyev bildirib.

O qeyd edib ki, sorğular keçirilib və bu zaman əsasən kibertəhlükəsizlik çərçivəsinin tələbləri, həmçinin məxfilik məsələləri əhatə olunub: "İlkin qiymətləndirmə ilə müəyyən olunub ki, kibertəhlükəsizlik göstəricisi bank sektoru üzrə 2,14 %, sığorta sektoru üzrə 1,85 %, ödəniş bazarı üzrə 2,85 % və ümumilikdə maliyyə bazarı üzrə 2,28 % -dir.

AMB olaraq biz bir çox ölkələrin - Türkiyə, Qazaxıstan, Sinqapur, İngiltərə və Fransanın təcrübələri ilə tanış olmuşuq. Bu strategiyanın ərsəyə gətirilməsində həm beynəlxalq ekspertlərin, həm də komandamızın çox böyük əməyi var. O cümlədən Beynəlxalq Valyuta Fondunun kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən ekspertləri ilə qarşılıqlı sıx əlaqədə olmuşuq".