Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar Şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının iştirakı ilə "15 iyundan 8 noyabra" mövzusunda tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, əvvəlcə tədbirdə Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyasından, Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında geniş məlumat vermişdir.
Seyfəddin Əliyev Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açaraq onların hər birinin bir qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd edib.
Daha sonra çıxış edən Şəhid anası, şəhər 1 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri Mehriban Sultanova, Şəhid atası Teymur Hüseynov və müharibə iştirakçıları Rza Məmmədov, Elməddin Əkbərzadə çıxışlarında Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərin Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazıldığını,Ümummilli Liderin görmək istədiyi Azərbaycanın bu gün reallığa çevrildiyini, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini vurğulayıblar.
Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına yenicə qəbul edilmiş Şəhid atası Hüsaməddin Sultanova partiya vəsiqəsi təqdim olundu.