14 iyun 2023 12:32
367

Qəbələdə Baş prokurorun iştirakı ilə topkantı keçirilir

Qəbələ rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimində iştirak etmək üçün Baş prokuror Kamran Əliyev Qəbələyə səfər edib.

“İki sahil” xəbər verir ki, açılış mərasimindən öncə Baş prokuror Kamran Əliyev ulu öndər Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edib.

Açılış mərasimindən sonra Qəbələ şəhərində Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş xüsusi iclasın keçirilməsi nəzərdə tutulub.