14 iyun 2023 12:59
277

Azərbaycan Belçikaya yumurta ixrac edəcək

2022-ci ildə 130 min tondan çox quş əti, 2 milyarddan çox yumurta istehsal edilib.

“İki sahil” xəbər verir ki, bunu Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib. Onun sözlərinə görə, artıq yumurta idxal edən ölkədən, ixrac edən ölkəyə çevrilmişik.

"10-a yaxın xarici ölkəyə yumurta ixrac edirik. Yaxın gələcəkdə Belçika krallığı ilə bağlanan müqaviləyə görə, bu ölkəyə yumurta ixrac edəcəyik", - Mürvət Həsənli əlavə edib