16 iyun 2023 11:26
337

Azərbaycanda avtobus istifadəçilərinin sayı artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda avtobuslarla 618 706,3 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 21,1% çoxdur.

Dövlət Statistika Komitəsindən "İki sahil"ə verilən məlumata görə, bu ilin yanvar-may aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 647 381,7 sərnişin daşınıb, bu da 19,8% artım deməkdir.