16 iyun 2023 13:34
358

Taxılyığan kombaynlar ƏDV-dən azad olunub

Nazirlər Kabineti “Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı”nda dəyişiklik edib.

“İki sahil” xəbər verir ki, dəyişikliyə əsasən, taxılyığan kombaynlar və taxıl döyümü maşınları və ya mexanizmləri ƏDV-dən azad olunan texnikaların siyahısına daxil edilib.

kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş pnevmatik qaldırıcılar və konveyerlər (səpələnən materiallar üçün), samanın tədarükü üçün digər maşınlar da ƏDV-dən azad edilb.