17 iyun 2023 08:58
353

Emal sənayesində 7199,4 milyon manatlıq məhsul istehsal olunub

Emal sənayesində 2023-cü ilin yanvar-may aylarında 7199,4 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən "İki sahil"ə bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə içki istehsalında 27,4 faiz, qida məhsullarının istehsalında 13,3 faiz, tütün məmulatlarının istehsalında isə 8,4 faiz artım müşahidə olunub. Bu sahələrin əsas məhsullarından üzüm şərabının istehsalı 73,6 faiz, unlu qənnadı məmulatlarının istehsalı 24,1 faiz, siqaret istehsalı 23,7 faiz, duz istehsalı 9,9 faiz, meyvə-tərəvəz konservlərinin istehsalı isə 9,3 faiz artıb.