17 iyun 2023 09:01
347

207,3 milyon manatlıq toxuculuq, geyim və ayaqqabı məhsulları istehsal edilib

Yanvar-may aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 207,3 milyon manat dəyərində məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən "İki sahil"ə bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə toxuculuq sənayesində 49,9 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 0,4 faiz artım, geyim istehsalında 28,4 faiz azalma müşahidə olunub.