17 iyun 2023 09:10
315

15 kənd və 25 yaşayış massivinin qazlaşdırılması işləri yekunlaşıb

Yanvar ayından indiyədək ölkə üzrə 15 kənd və 25 yaşayış massivinin qazlaşdırılması işləri yekunlaşıb. Daha 23 kənd və 19 massivin qazlaşdırılması davam etdirilir.

“İki sahil” xəbər verir ki,  bu sözləri "Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib. O bildirib ki, 11 kənd və 14 yaşayış massivində işlər başa çatmaq üzrədir. Onun sözlərinə görə, qazlaşdırılma prosesi yekunlaşan ərazilərdə işlər yenicə görülməsinə baxmayaraq, qazın verilməsi prosesi tam təhlükəsiz şəkildə həyata keçirilir. Eldəniz Vəliyev, həmçinin cari ilin sonunadək 59 kənd və 102 yaşayış massivinin qazlaşdırılmasının nəzərdə tutulduğunu da qeyd edib.