Cari ilin yanvar-may aylarında 27,1 min ton pambıq lifi, 5120 ton pambıq ipliyi ixrac olunub.
"İki sahil"Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən pambıq lifinin dəyəri 50,4 milyon ABŞ dolları, pambıq ipliyinin dəyəri isə 15,3 milyon dollar olub. Xatırladaq ki, 2022-ci ilin eyni dövründə dəyəri 125,2 milyon dollar olmaqla 53,9 min ton pambıq lifi, məbləği 22 milyon dollar olmaqla 5261 ton pambıq ipliyi ixrac edilib.