19 iyun 2023 12:48
299

AMB: Azərbaycanda ipoteka kreditlərinə tələb artacaq

2023-cü ilin I rübündə İpoteka və Kredit Zəmanət Fondu (İKZF) vəsaiti və bankların daxili resursları hesabına verilən ipoteka standartları üzrə yumşalma tempində səngimə müşahidə edilib.

Bu barədə “İki sahil” Azərbaycan Mərkəzi Bankının keçirdiyi kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrinə istinadən xəbər verir.

Qeyd edək ki, cari ilin I rübü ərzində İKZF hesabına verilən ipoteka kreditlərinə tələb əhəmiyyətli dərəcədə artmış, bankların daxili resursları hesabına verilən ipoteka kreditlərinə tələbdə isə dəyişiklik olmayıb.

Banklar 2023-cü ilin II rübündə həm İKZF, həm də daxili resurslar hesabına veriləcək kreditlərə tələbin yüksək olmasını və kredit siyasətinin yumşalacağını gözləyirlər.